Uruqvay büdrədi, Səudiyyə Ərəbistanı təəccübləndirdi VIDEO

16.06.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı-2026-nın H qrupunun I turunda Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, hesabı 41-ci dəqiqədə Səudiyyə Ərəbistanı açıb. Künc zərbəsindən sonra topu qapı önündə tamamlayan Əbdülilah Əl-Əmri komandasını hesabda önə keçirib – 1:0.

Fasilədən sonra təşəbbüsü tam ələ alan Uruqvay ardıcıl təhlükəli hücumlar qurub. 60-cı dəqiqədə Manuel Uqarte dirəyə tuş gəlib.

Cənubi amerikalıların təzyiqi isə 80-ci dəqiqədə nəticə verib. Maksi Arauxo cərimə meydançasında yaranmış qarışıqlıqdan yararlanaraq hesabı bərabərləşdirib – 1:1.

Oyunun sonlarında Uruqvay qələbə qolunu vurmağa çox yaxın olsa da, qapıçı Məhəmməd Əl-Uveys bir neçə möhtəşəm seyvlə komandasını məğlubiyyətdən xilas edib.

Beləliklə, ilk turdan sonra H qrupunda nadir vəziyyət yaranıb. Daha əvvəl İspaniya və Kabo-Verde qolsuz heç-heçə etdiyindən, qrupun bütün komandalarının hesabında bir xal var və pley-off uğrunda mübarizə tam açıq olaraq qalır.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью