Uruqvay millisində yeni təyinat

06.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Uruqvay yığmasında baş məşqçi postuna müvəqqəti təyinat baş tutub. Komandanın sükanı təcrübəli mütəxəssis Dieqo Forlana tapşırılıb.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş hücumçusu bu vəzifədə Marselo Byelsanı əvəzləyib. Təcrübəli mütəxəssis DÇ-2026-nın qrup mərhələsindəki uğursuz çıxışdan sonra komandadan ayrılmışdı.

47 yaşlı Forlan payızda keçiriləcək yoldaşlıq görüşlərində komandaya rəhbərlik edəcək. Gələn il isə yığmaya daimi baş məşqçi təyin olunacaq. O həmçinin, Uruqvayın U-20 milli komandasında da baş məşqçi funksiyasını yerinə yetirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью