Uruqvay millisinin üzvü “Çelsi” yolunda

10.08.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Çelsi" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Barselona"da çıxış edən Ronald Arauxodur.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Çelsi" uruqvaylı futbolçu üçün "Barselona"ya rəsmi təklif göndərməyə hazırlaşır.

İspaniya çempionu 26 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro tələb edəcək.

Qeyd edək ki, Uruqvay millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 25 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Real”ın yeni 9 nömrəsi bəlli oldu Darvin Nunyez rəsmən “Əl-Hilal”da “Real” gənc hücumçu ilə müqavilə müddətini uzadıb Türkiyə millisinin üzvü Bundesliqada - RƏSMİ “Arsenal” “Emireyts kuboku”nun qalibi oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью