Uruqvayda yeni baş məşqçi: Dieqo Forlan millidə

12.07.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uruqvay millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Uruqvay Futbol Assosiasiyası Marselo Bielsanın istefasından sonra Dieqo Forlanı əsas yığmanın baş məşqçisi təyin edib.

46 yaşlı mütəxəssis eyni zamanda Uruqvayın U-20 millisində də fəaliyyətini davam etdirəcək.

O, hər iki komandaya 2027-ci ilin mart ayınadək rəhbərlik edəcək.

Qeyd edək ki, Dieqo Forlan futbolçu karyerasında "Mançester Yunayted", "Vilyarreal", "Atletiko", "İnter" və "Penyarol" kimi klubların formasını geyinib.

O, 2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu seçilmişdi.

İspaniya millisinin üzvü “Milan”ın radarında Derri müqavilə bağladı: İcarəyə göndərildi DÇ-2026-da yarımfinal cütləri bəlli oldu - Nəhənglər üz-üzə Bellinqem matçın ən yaxşısı seçildi - İngiltərəni yarımfinala daşıdı Zuma BƏƏ klubunda
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью