Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Körpələrə 2 yaşına qədər şokolad və tərkibində kakao olan qidaların verilməsi məsləhət görülmür. Uşaq mütəxəssisləri və pediatrlar bu məsələdə olduqca həssas olmağı tövsiyə edirlər.
İlk 2 ildə şokoladın qadağan olunmasının əsas səbəbləri tərkibindəki kofein, teobromin və yüksək miqdarda şəkərdir. Kofein və teobromin kiçik yaşlı uşaqların əsəb sisteminə mənfi təsir göstərir, yuxu rejimini pozur və həddindən artıq həyəcanlılığa səbəb olur. Həmçinin tərkibindəki şəkər diş çürüməsi, erkən yaşda çəki artımı və mədə-bağırsaq sistemində həzm problemləri yarada bilər. Kakao eyni zamanda güclü allergen hesab olunur və körpələrdə səpgilər, allergiya riskini artırır.
2 yaşından sonra uşağa şokolad vermək olar, lakin müəyyən şərtlərə əməl etmək vacibdir. Əvvəlcə kiçik tikələrlə başlayıb orqanizmin reaksiyasını yoxlamaq lazımdır. Seçim edərkən şəkər nisbəti aşağı olan, yüksək kərə yağı və qatqı maddələri ehtiva etməyən tünd ( bitter ) şokoladlara üstünlük vermək daha təhlükəsizdir.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. İlk 2 ildə şokoladın qadağan olunmasının əsas səbəbləri tərkibindəki kofein, teobromin və yüksək miqdarda şəkərdir. Kofein və teobromin kiçik yaşlı uşaqların əsəb sisteminə mənfi təsir göstərir, yuxu rejimini pozur və həddindən artıq həyəcanlılığa səbəb olur. Həmçinin tərkibindəki şəkər diş çürüməsi, erkən yaşda çəki artımı və mədə-bağırsaq sistemində həzm problemləri yarada bilər. Kakao eyni zamanda güclü allergen hesab olunur və körpələrdə səpgilər, allergiya riskini artırır.