Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Soyuq fəsillərdə uşaqlar daha tez-tez müxtəlif virus və infeksiya xəstəliklərinə tutulur.
Belə xəstəliklərin ilk və valideynləri ən çox qorxudan simptomu bədən hərarətinin artmasıdır.
Lakin əslində hərarətin artması heç də qorxulu simptom deyil. Əksinə bu immun sisteminin müdafiə mexanizmidir.
Hərarət artdıqda insanın immun sistemi daha fəal işləməyə başlayır, qan dövranı sürətlənir, mübadilə prosesləri sürətlənir ki, nəticədə xəstəlik nəticəsində orqanizmdə əmələ gələn toksinlər daha tez orqanizmdən xaric olunur.
Beləliklə, hərarətin yüksəlməsindən qorxmaq və onu dərhal salmağa cəhd etmək olmaz.
Bununla siz uşağın müdafiə sistemini yalnız zəiflədirsiniz. Saglamolun.az bildirir ki, uşaqda heç bir ciddi ürək-damar, tənəffüs sistemi, bö
Bunun üçün uşağa onun yaşına uyğun dozada hərarətsalan preparat vermək lazımdır.