Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir

08.10.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni İzzət Bağırovun Heydər Əliyev Sarayında konserti keçirilib.

Axşam.az xəbər verir ki, gecə ərzində sənətçi tamaşaçılarla bol-bol söhbət edib. Konsertə gələn müəllimləri salamlayan İ.Bağırov bəzi məqamlara da toxunub.

İfaçı son günlər sosial şəbəkələrdə müəllimlərlə bağlı yayılan videolara da reaksiya verərək bunları deyib:

“Əvvəl gəlib evdə deyirdik ki, müəllim məni danladı. Valideynlərimiz deyirdi: “Nə etmisən ki?”. İndi müəllim uşağı danlayanda başqa cürdür. Bütün nəsil məktəbə, müəllimin üstünə gedir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью