Uşağı yerə vuran qatilin cəzası açıqlandı VİDEO

04.12.2024

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşağı yerə vuran qatilin cəzası açıqlandı - VİDEO

Türkiyənin günlərdir danışdığı Tuzlada ticarət mərkəzinin qarşısında baş verən hadisə ilə bağlı yeni xəbər var.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 7 yaşlı B.E.A. dostları ilə oynayan zaman uşaqların səs-küyündən narahat olan A.K tərəfindən yerə çırpılıb. Görüntülər ortaya çıxdıqdan sonra həbs olunan şəxs daha sonra sərbəst buraxılsa da, verilən reaksiyalardan sonra yenidən həbs edilib.

Xəbərə görə, cəmi 12 gün həbsdə qalan və hakim qarşısına çıxan qatilin hökmü açıqlanıb. Öz fikrincə, dövlət ittihamçısı zərərçəkmiş uşağın özünü müdafiə edə bilmədiyini, təqsirləndirilən şəxsin bu əməli zorakılıq və dəhşətli hisslərlə törətdiyini qeyd edib.

Məhkəmə "qəsdən xəsarət yetirmə" cinayətinin özünü müdafiə edə bilməyən zərərçəkmişə qarşı törədildiyini bildirib və təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью