Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Əgər uşağın qan analizində kalsium normaldırsa, əlavə verdiyimiz kalsium preparatları diş çıxma prosesini sürətləndirməz".
Redaktor.az xəbər verir ki, bunu həkim-pediatr Günay Rəsulova sosial şəbəkəsində uşaqların gec diş çıxarma məsələsində danışarkən bildirib.
"Uşaqda kalsium və vitamin azlığı varsa, o halda istifadə edəcəyimiz kalsium preparatları diş çıxma prosesini sürətləndirə bilər. Çünki kalsium əksikliyi var. Əgər normaldırsa, heç nəyə ehtiyac yoxdur, sadəcə gözləmək lazımdır. Analizlər normaldırsa, diş çıxma prosesi 1 yaş 3 aya qədər davam edir, buna görə narahat olmağa ehtiyac yoxdur".
Aytəkin TOFİQQIZI