Uşağın mədəsindən 865 min rubl dəyərində qızıl külçə aşkar edilib

16.04.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Uşağın mədəsindən 865 min rubl dəyərində qızıl külçə aşkar edilib

Çinin Suzhou şəhərində həkimlər 11 yaşlı uşağın mədəsindən qızıl külçə çıxarıblar. Bu barədə MS News məlumat yayıb.

Valideynlər qarnında şişkinlik şikayəti ilə uşağı xəstəxanaya aparıblar. Həkimlər rentgen şüalarından istifadə edərək problemin mənbəyini müəyyən ediblər. Uşağın həzm sistemində bərk əşya tapıblar. Məlum olub ki, oğlan oyun zamanı evdə saxlanılan 100 qramlıq qızıl külçəni təsadüfən udub. Külçənin dəyəri səkkiz min funt sterlinq (865 min rubl) olaraq qiymətləndirilib.

Həkimlər külçənin təbii yolla keçəcəyinə ümid edərək uşağa işlədici dərmanlar yazıblar. Ancaq dərmanlar kömək etmədi. İki gün sonra oğlanı əməliyyat etmək qərarına gəldilər.

Əməliyyat 30 dəqiqə davam edib və uğurlu alınıb. Cərrahlar külçəni çıxararaq xəstənin valideynlərinə qaytarıblar. Ertəsi gün uşaq artıq normal yemək yeyə bildiyi üçün tez bir zamanda evə buraxıldı.

Əziz Mustafa, Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью