Uşağın peyvəndinə kim qərar verir?

26.08.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

"Valideynlərin bir qismi müxtəlif şayiələrə inanaraq uşaqlara özlərinin izni olmadan peyvənd vurulmasına qarşı çıxır". 

"Yeni Sabah xəbər verir ki, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib.

O bildirib ki, qızılca kimi yoluxucu xəstəliklərin yayıldığı dövrlərdə valideynlərin peyvəndə marağının kəskin artması ziddiyyətli vəziyyət yaradır: Dördpendirli pizza

“Qızılca ölkədə yayılanda bütün valideynlər uşağını qorumaq üçün peyvənd axtarırdılar. Axı buna nə lüzum var? Epidemik ocaq meydana gələndə xeyli tələfatla üzləşirik”.

A.Qeybulla qeyd edib ki, peyvəndlərin tətbiqi nəticəsində uşaqlar arasında kütləvi tələfatın qarşısı alınıb:

“Amma sovet dövründə uşaqlar arasında çox ciddi, kütləvi tələfat var idi. Ailədə olan beş uşağın ikisi, üçü tələf olurdu”.

Professorun sözlərinə görə, milli peyvənd təqviminə uyğun immunizasiya yalnız fərdi deyil, həm də ictimai təhlükəsizlik baxımından əhəmiyyətlidir:

“Bu təqvimlə bütün peyvəndlər olunmalıdır. Bu, həm təhlükəsizlik məsələsidir, həm də milli genofonun qorunması məsələsidir. Digər tərəfdən, peyvənd olunmayan şəxs həm öz həyatı, həm də ətrafı üçün təhlükə mənbəyidir”.

A.Qeybulla hesab edir ki, yalnız valideynlərin məlumatlandırılması kifayət etmir və milli peyvənd təqviminin məcburi tətbiqi təmin olunmalıdır.

O, peyvəndlərin mümkün yan təsirlərinə də toxunaraq bildirib ki, bəzi hallarda uşaqlarda allergik və digər reaksiyalar yarana bilər, lakin bununla bağlı əvvəlcədən tədbirlər görmək mümkündür:

“Bəli, ola bilər, tək-tək epizodlar, uşaqlarda problemlər ola bilər, sinir problemləri, müxtəlif anafilaktik şok və yaxud allergik problemlər. Bunların hamısının qarşısını almaq imkanları var. Xəstəni o peyvəndə hazırlamaq imkanları da var”.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью