Uşağına pampers ala bilməyən ata intihara cəhd etdi VİDEO

11.02.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə intihar etmək üçün binanın damına çıxan kişinin tələbi eşidənləri sarsıdıb.

Redaktor.az yerli mediaya istinadla bildirir ki, hadisə Zonguldak şəhəri Ereğli qəsəbəsində qeydə alınıb.

Ad və soyadı açıqlanmayan şəxs binanın damına çıxaraq, uşağı üçün yemək və pampers ala bilmədiyini deyib. Ətrafa yığılan insanlardan bir mağaza sahibkarı uşağın 1 illik xərclərini öz üzərinə götürəcəyini deyəndən sonra çarəsiz ata razılaşıb və intihar fikrindən daşınıb.

Daha sonra o, polis şöbəsinə aparılıb.

Görüntülər sosial şəbəkələrdə geniş yayılaraq, gündəm olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью