Uşağını dövlət bağçasına qoymaq istəyənlərə ŞAD XƏBƏR

11.09.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

O qeyd edib ki, əvvəlki illə müqayisədə 6 mindən çox əlavə yer elan olunub və ümumi yer sayı 112 minə çatdırılıb.

Eşqi Bağırov bildirib ki, dövlət bağçalarından sonra ikinci əsas model məktəbə hazırlıq qruplarının təşkilidir.

Onun sözlərinə görə, 2016-cı ildən tətbiq olunan bu layihə ümumi təhsil müəssisələrində beş yaşlı uşaqların məktəbə hazırlığını təmin edir: "Bu istiqamətdə də ölkə üzrə yüksək nəticə əldə olunub. Belə ki, bu il qəbul yerlərinin sayı 85 mindən 104 minə çatdırılıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью