Uşağını öldürən ata 20 ildən sonra edam olundu FOTO

13.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də üç azyaşlı uşağını qətlə yetirməkdə təqsirli bilinən 46 yaşlı Con Allen Rubio edam edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "CBS" məlumat yayıb.

Məlumata görə, edam noyabrın 12-də Texas ştatının Hantsvill şəhərindəki dövlət həbsxanasında həyata keçirilib. Ölümcül inyeksiyadan 21 dəqiqə sonra Rubionun öldüyü elan olunub.

Hadisə 2003-cü ildə Texas ştatının Braunsvil şəhərində baş verib. Rubio üç uşağı – 3 yaşlı Julissa Quezada, 14 aylıq Con E. Rubio və 2 aylıq Meri Ceyni qətlə yetirməkdə təqsirli bilinib.

Qeyd edək ki, Rubionun barəsində çıxarılmış ilk ölüm hökmü apellyasiya məhkəməsi tərəfindən ləğv edilib. Buna səbəb onun sevgilisi Angela Kamaçonun ifadəsinin məhkəmədə sübut kimi düzgün olmayan şəkildə qəbul edilməsi olub.

İkinci məhkəmə prosesində Rubio dəlilik səbəbindən təqsirli olmadığını bildirib. Lakin o, yenidən günahkar bilinərək ölüm cəzasına məhkum edilib. Məlumata görə, qətlə yetirilən uşaqlardan ikisi onun bioloji övladı olmayıb.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью