Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Apraksiya uşağın danışmasını çətinləşdirən, nitqin motor (hərəkət) pozğunluğudur.
Nitq əzələlərinin zəifliyi yoxdur, sadəcə, səsləri demək üçün nitq aparatını, yəni ağızı necə hərəkət etdirəcəklərini bilmirlər.
Çünki beyin danışma üçün lazım olan hərəkətləri, planlaşdırmağı və ya koordinasiyanı çətinləşdirir.
Bu halda loqoped uşağa səsləri və sözləri deməsi üçün fiziki dəstək göstərir.
Çünki apraksiyalı uşaqlar hansı səsi necə deyəcəklərini bilmirlər.
Loqoped uşağa hansı səsin ağızdan necə çıxdığını fiziki olaraq həm öz, həm də onun üzərində göstərərək öyrədir.
Fiziki köməklə ağız artikulyasiya əzələlərinin işləkliyini artırmağa çalışır, bu yolla uşağın səs və sözləri demə şansı yüksəlir.