Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq. "USAID-in fəaliyyəti elə Amerikanın özündə də narazılıq doğururdu.
Amerika dövlət büdcəsindən hər il USAID-ə külli miqdarda pullar ayrılır.
Bu pullar guya xaricdə Amerika siyasətinin yerləşməsi və maraqları üçün xərclənir. Təşkilatın özünəməxsus taktikası ilə pullar yuyulur.
Pulların hesabına xaricdə Amerikanın cəsus şəbəkəsi yaranıb, vətəndaş cəmiyyətində kök salıb.
Bütün bunlara baxmayaraq ABŞ-də də hesabata önəm verənlər az deyil.
Həmin şəxslər dəfələrlə mətbuatda yayıblar ki, təşkilatın boz zonalar yaratmaq məharəti var, pullar sağa-sola xərclənir".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
"Digər yandan təşkilat ABŞ üçün dostların sayını artırmaq yerinə, düşmənlərinin sayını artırır.
Sərt müdaxilələr, rəngli inqlab cəhdləri bir sıra elitalar arasında narazılığa səbəb olur. Təşkilat Amerikanı düşmən bir ölkəyə çevirib.