USAID barədə gizlinlər: Ermənistana göndərilən pullar nəyə xərclənib? | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
USAID 1961-ci ildə Prezident Con Kennedinin sərəncamı ilə ABŞ-nin mülki xarici yardımlarını idarə etmək məqsədilə yaradılmış təşkilatdır.
Bu qurumun sədri və müavinləri Senatın razılığı ilə ABŞ prezidenti tərəfindən təyin edilsə də, USAID bir çox qərarların qəbul edilməsində müstəqil idi.
Ancaq zaman keçdikcə USAID ayırdığı maliyyə yardımları ilə dünyada ABŞ-nin agent şəbəkəsini formalaşdırmağa başladı.
Bir zamanlar böyük ümidlərlə yaradılmış bu qurum hazırda müxtəlif şəxslərin korrupsiya yuvasına çevrilib.
Yeni Prezident Donald Trampın USAID barəsində verdiyi açıqlamalar da bunu sübut edir.
Təşkilatın müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr də böyük qalmaqallara səbəb olub.
Məsələn, Corc Buşun prezidentliyi dövründə İraqın yenidən qurulması məqsədilə 600 milyon dollarlıq müqavilə təklifi vermək üçün seçilmiş 5 icraçı tərəfdaşın hamısının hökumətlə sıx əlaqəsinin olduğu üzə çıxmışdı.
Tam oxu
Xəbəri oxu