Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Hər gün USAID-lə bağlı ifşaedici materiallar dərc edilir.
Məlum olur ki, bu qurum qlobal səviyyədə ictimai rəyi nəzarətdə saxlamaq, ABŞ-ın məqsədlərinə uyğun təbliğat və təşviqat qurmaq üçün media subyektlərindən istifadə edib.
“Qrant” adı altında onlara, QHT və jurnalistlərə maddi vəsait ötürüb, özünün təsir dairəsinə salıb.
Həmçinin, ayrı-ayrı ölkələrdən fərdi jurnalistləri peşə kursları keçmək adı ilə təlimlərinə cəlb edib, informasiya təxribatları törətmək bacarıqları aşılayıb.
Media qurumları isə agentliyin layihələrini icra edərək, tapşırıqlarını yerinə yetirib, yalanlarla dolu müxtəlif iftira, qarayaxma kampaniyaları təşkil edib.
Eyni zamanda, ABŞ və Avropada yerləşən “The New York Times” (3 milyon), “Politico” (8 milyon), “Associated Press” (17 milyon), BBC (2,9 milyon fund–sterlinq), “Reuters” (9 milyon), “Frans-Press” kimi qəzet və informasiya vasitələri də qurumun maliyyə ayırdığı media orqanları arasında olub.
Agentliyin fəaliyyətində fırıldaq, korrupsiya, mənimsəmə faktları üzə çıxır. Bu da ABŞ-ın yeni hakimiyyətini razı salmır.
İndi yeni administrasiya ölkəyə mənfəət gətirməyən, milli maraqlara xidmət etməyən, böyük həcmdə pulların mənimsənilməsinə xidmət edən bu siyasətə son qoymaq niyyətindədir.