Oxu.az saytına istinadən Icma.az xəbər verir. Donald Tramp hakimiyyətə gələndən sonra həyata keçirdiyi islahatlardan biri də xarici siyasətd
Bu istiqamətdə Tramp administrasiyasının atdığı addımlardan biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) müstəqil statusunun ləğv edi
Bu addım gerçəkləşsə, beynəlxalq yardımla bağlı proqramların idarəolunmasında agentliyin muxtariyyəti azalmış olacaq.
Lakin Qərbin müxtlif ölkələrdə həyata keçirdiyi təsir və təzyiq siyasətinin əsas maliyyə qaynağı olan yalnız USAID deyil, digər qeyri-hökumət təşkilatları (QHT), vətəndaş cəmiyyəti institutları da var ki, onların da xoşagəlməz əməllərinin ifşa edilməsi, fəaliyyətlərindəki təhlükəli məqamların dünya ictimaiyyətinə çatdırılması zərurətə çevrilib.
Bu qurumlardan biri də 1984-cü ildə biznes maqnatı Corc Soros tərəfindən yaradılan Fonddur.
Həmin ildə Corc Soros öz fondu ilə Macarıstan Elmlər Akademiyası arasında Soros Fondunun Budapeştdə təsis sənədi haqqında müqavilə imzalayıb.
Bunun ardınca Şərq Blokunda ölkələrin real sosializmdən uzaqlaşmasına kömək etmək üçün regionda daha bir neçə fond yaradılıb.
Soros 2010-cu ildə dünya ölkələrində vətəndaş cəmiyyəti qrupları üçün xeyriyyəçi rolunu daha yaxşı əks etdirmək adı ilə Açıq Cəmiyyət İnstitutları (OSF) adından istifadə etməyə başlayıb.