USAID illər boyu müxtəlif dünya ölkələrində ikili funksiyanı yerinə yetirib ŞƏRH EDİLDİ | …
Icma.az, Sia Az portalına istinadən məlumat verir. "USAID illər boyu müxtəlif dünya ölkələrində ikili funksiyanı yerinə yetirib".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O bildirib ki, onun ikili funksiyasının bir tərəfi yardım, maliyyə dəstəyi, başqa tərəfi isə maliyyə dəstəyi və yardım adı altında inqilab hazırlıqları mərkəzi rolunu oynayıb: "Saysız faktlar gətirmək mümkündür ki, USAİD mütəxəssislərinin köməyilə müxtəlif ölkələrdə xaos mexanizmləri, ssenariləri işlənilib.
Bu xaos mexanizmləri əsasında sonda ya həmin ölkədə hakimiyyət dəyişikliyi baş verib, ya da xaosun yarımçıq saxlanması ilə mövcud hakimiyyətlərə lazımı səviyyədə təzyiq və təsirlər göstərilib.
Keçən əsrin 70-ci illərində yaradılmış olan bu strukturun fəaliyyəti, xüsusilə soyuq müharibə mərhələsi müvəqqəti olaraq başa çatandan sonra daha da fəallaşmağa başladı.
Çünki dünyada soyuq müharibə, Rusiya ilə Amerikanın soyuq müharibəsi məyyən bir müddət səngisə də, amma bir qütblü dünyanın yaranmasına maneçilik törətmək istəyən yeni-yeni ölkələr peyda oldu.
Həmin ölkələri yola gətirmək, onları itaətkar vəziyyətdə saxlamaq üçün USAID-in əlində saysız-hesabsız təsir mexanizmləri olub.
Eyni zamanda bu təşkilat təkcə inqilab hazırlıqları mərkəzi rolunu oynamayıb.
Tam oxu
Xəbəri oxu