USAID in bütün ölkələrdəki işçiləri məzuniyyətə göndərilib

05.02.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 5 fevral, AZƏRTAC

Vacib hesab edilənlər istisna olmaqla, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün ölkələrdəki işçiləri məzuniyyətə göndərilib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə təşkilatın saytında elan edilib.

İşə davam edəcək əməkdaşlara fevralın 6-dək məlumat veriləcəyi bildirilib. Agentliyin xaricə ezam olunmuş əməkdaşlarına geri qayıtmaq üçün 30 gün vaxt verilib.

Qeyd edək ki, agentliyin saytı bir neçə gündür fəaliyyətini dayandırıb. Hazırda sayta yalnız sözügedən elan yerləşdirilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью