Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Jurnalistlər xatırladıblar ki, yanvarın 24-də ABŞ prezidenti Donald Tramp bu proqramların xarici siyasətə uyğun gəlmədiyini bəyan edib.
Siyasətçi bu səbəbdən ABŞ-ın demək olar ki, bütün xarici yardımlarını 90 gün müddətinə donduran sərəncam imzalayıb.
Dünən isə məlum olub ki, USAID-in Vaşinqtondakı mərkəzi ofisi bağlanıb və xüsusi lövhə belə binanın üzrindən götürülüb.
USAID-in ən gülünc xərclərinin siyahısı açıqlanıb Ağ Evin qərarı Ukraynaya yardımların əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı, erməni mediasının, ictimai təşkilatların və vətəndaş sektorunun maliyyələşməsinə də təsirsiz ötüşmədi.
“Joğovurd” qəzeti bu məsələ ilə bağlı Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyana müraciət edib.
Yeri gəlmişkən, Komitə məlum agentlik tərəfindən maliyyələşdirilən qrant proqramı da həyata keçirib.
Melikyan qeyd edib ki, hazırda bu mövzu ilə bağlı ziddiyyətli məlumatlar var.