USAID ın yüzlərlə əməkdaşı işdən qovuldu

23.02.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bir neçə bölməsində 500-ə yaxın işçi ixtisar edilib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Onların məlumatlarına görə, Dəstək və Yardım Bürosundan 200-ə yaxın ekspert işdən çıxarılıb, bundan sonra vəzifələrinə təbii fəlakətlərə və silahlı münaqişələrə operativ reaksiya verməkdən ibarət cəmi 10-dan bir az çox işçi qalıb. Qəzet qeyd edir ki, bölmədən qovulanların çoxu Əfqanıstan, Suriya və Ukraynada çalışıb.

Demokratikləşmənin təşviqi üzrə ixtisaslaşmış Keçid Təşəbbüsləri Ofisi 36 əməkdaşını itirib.

Humanitar Yardım Bürosundan daha 200 nəfər işdən çıxarılıb. Onun iki əməkdaşı işdən çıxarma bildiriş e-poçtlarının şablon olduğunu və təfərrüatların olmadığını deyib.

Xəzər
“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью