Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qərbin donor institutları “layihə icrası” adı ilə rəsmi strukturlara da sıza biliblər Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli 2024-cü ilin aprel ayında həbs edilib.
Xətai Rayon Məhkəməsi onun haqqında Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qrant qaçaqmalçılığı ) ittiham irəli sürüb.
SMDTM sədri Milli Demokratiya İnstitutu (NDİ), "German Marşal" Fondu, Demokratiyaya Milli Dəstək fondu (NED), ABŞ səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) aldığı yüksək məbləğli qrant vəsaitlərini qanunsuz yollarla icra etməkdə təqsirli bilinir.
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, o, donor tərəflə imzaladığı qrant müqaviləsini əvvəlcə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli, hüquqi prosedurları tamamladıqdan sonra icrasına başlamalıydı.
Amma qanundan yayınıb, layihələrin qeyri-leqal formada realizə olunmasını məqbul sayıb.
Anar Məmmədli 2013-cü ildə də təqribən eyni ittihamla həbsdə olub.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2014-cü ildə onun barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.