USAID ləğv olunur

03.02.2025

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinin davam etdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında bildirib.  
“Biz USAID-in ləğvi prosesindəyik”, - o, qeyd edib.
Maskın sözlərinə görə, USAID-i bərpa etmək mümkün deyil.
“Bu, qurdlu alma deyil, sadəcə bir parça qurddur... Alma yoxdur, ona görə də hər şeyi atmaq lazımdır”, - o əlavə edib.
Qeyd edək ki, Mask daha əvvəl USAID-i bioloji silahların inkişafını maliyyələşdirməkdə ittiham etmişdi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью