USAİD ölkələrdən qovulur | Icma.az
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Trampın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) audit məqsədilə 90 gün müddətinə bağlanıldığını elan etməsindən sonra bir neçə ölkədə, o cümlədən Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır.
Sirr deyil ki, USAİD humanitar təşkilat çətiri altında mənəvi terror siyasəti həyata keçirib.
Trampın USAİD -i “görünməmiş miqyasda korrupsiyada” ittiham etməsi, ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri Maskın isə USAİD-in “cinayətkar təşkilat” adlandırması təsadüf deyil.
Xatırladaq ki, USAİD Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir, əsasən mülki xarici yardım və inkişaf köməyin idarə edilməsinə cavabdehdir.
27 milyard dollardan çox büdcə ilə USAİD dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-nin bütün xarici yardımının yarısından çoxunu təşkil edir – mütləq dollar ifadəsində dünyada ən yüksəkdir.
Konqres 4 sentyabr 1961-ci ildə ABŞ-nin xarici yardım proqramlarını yenidən təşkil edən və iqtisadi yardımı idarə etmək üçün bir agentliyin yaradılmasını tələb edən Xarici Yardım Aktını qəbul etdi.
Sonradan USAİD bir neçə mövcud xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə çalışan Prezident Con Kennedinin sərəncamı ilə yaradıldı.
Tam oxu
Xəbəri oxu