Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) söz azadlığını sistematik şəkildə boğub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib.
O, X-də yazıb ki, USAİD insanların beyinlərini yumaqla məşğuldur:
"Eyni zamanda dezinformasiya yaymaqla insanları çaşdırır".
Qeyd edək ki, 3 fevral 2025-ci ildə ABŞ administrasiyası beynəlxalq təşkilatların maliyyələşdirilməsi üçün xeyli miqdarda vəsait ayıran USAID-in fəaliyyətini faktiki olaraq dayandırdı.
Cavid İmaməliyev