Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir. USAİD qutuları "Hizbullah"ın anbarında Livanda “Hizbullah” terror təşkilatına aid g
Qutuların üzərinə “ABŞ-dən olan vergi ödəyicilərindən “Hizbullah”a sevgi ilə” yazısı, eləcə də USAİD və UNİCEF-in loqoları olub.
Bu məsələdən sonra İsrail hökuməti agentliklə əlaqələrini kəsmək üçün prosesə başlayıb.
İsraildə yerləşən Milli Təhlükəsizlik Strategiyası İnstitutunun icraçı direktoru Aşer Fredman yerli mətbuata bildirib ki, gizli anbarda snayper tüfəngləri, tank əleyhinə raketlər və müxtəlif təyinatlı partlayıcı maddələr müsadirə olunub.
“NGOMonitor” portalı isə USAİD-in ayırdığı və əsasən amerikalı vergi ödəyicilərinin hesabına formalaşdırılan büdcə hesabına ödənilən maliyyə yardımlarının mütəmadi olaraq Livan, Yəmən və Qəzzadakı terrorçu qruplaşmalara yönləndirildiyi barədə faktlara malik olduğunu açıqlayıb.
Aşel Fredman həmçinin özünün “X” hesabında yazır ki, ötən il Livandakı humanitar missiyada fəaliyyət göstərdiyi zaman da apardığı araşdırmalar nəticəsində UNİCEF və USAID-ə aid olan yardım paketlərinə rast gəlib.
Metyu Brayza: "Sübutlar yetərli deyil, amma..." Amerikalı keçmiş diplomat Metyu Brayza hesab edir ki, bu cür informasiyalar yayılarkən rəsmi Vaşinqtonun “Hizbullah”a yanaşması və bu qruplaşma ilə bağlı mövqeyinin nəzərə alınması vacibdir.
Metyu Brayza APA-nın müxbiri ilə söhbətində deyib ki, yayılan fotoşəkillərin hələ fakt kimi qəbul edilməsinə şübhə ilə yanaşır: "Sadəcə bir və ya bir neçə foto, ya da İsrail ordusunun keçmiş hərbçisinin bəyanatı USAİD-ə məxsus qutuların silahla birlikdə “Hizbullah”a aid anbarlarda tapıldığı barədə yetərincə informasiyaya malik olmağa kifayət etmir.