Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner yaxın həftələrdə Rusiyaya səfər edə bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Biz Uitkoff və Kuşnerin qarşıdakı həftələrdə buraya səfərini gözləyirik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində görüş barədə hələ razılıq əldə edilməyib, lakin bu mümkündür. Prezidentimiz sözügedən sammitdə iştirak edəcəyini təsdiqləyib. Düşünürəm ki, hər iki lider Çində olarsa, yəqin ki, onların yolları kəsişəcək və görüş keçirəcəklər. Bu barədə hələ razılıq əldə edilməyib, amma belə bir perspektiv olduğundan, kiminsə bundan imtina etməsi ehtimalı azdır. Rusiya və ABŞ-ın ən yüksək səviyyədə ayrıca görüşünə gəlincə, bu hələ müzakirə edilmir”, - o bildirib.