Uşakov: Rusiya ABŞ ın sülh planı barədə qeyri rəsmi məlumatlar alıb

26.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Rusiya qeyri-rəsmi kanallar vasitəsilə Vaşinqtonun Ukraynaya dair təklif etdiyi sülh planının bir neçə versiyasını əldə edib ki, bu da çaşqınlıq yarada bilər". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov VGTRK müxbiri Pavel Zarubinə bildirib.

O qeyd edib ki, Moskvaya rəsmi təkliflər təqdim edilməyib.

"Hələ iki ölkənin komandaları arasında ciddi müzakirələrin yoxdur, lakin Rusiya ilə ABŞ arasında təmaslar davam edir", - diplomat əlavə edib.

Zeynəb Rzayeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью