Uşakov: Rusiya ilə ABŞ arasında təmaslar davam edəcək

03.12.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Rusiya ilə ABŞ arasında nümayəndələr və köməkçilər səviyyəsində təmaslar davam edəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffla danışıqların yekunlarına dair açıqlamasında bildirib.

"Biz razılaşdıq ki, amerikalılarla təmaslar köməkçilər və digər nümayəndələr səviyyəsində davam etdiriləcək", - Uşakov qeyd edib.

O əlavə edib ki, xüsusilə Vitkoff və sahibkar, investor və Affinity Partners-ın təsisçisi Jared Kuşner ilə əlaqələr davam edəcək. 

Aynur Babazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью