Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rusiya Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O bildirib ki, Rusiya bir sıra Avropa ölkələrinin nümayəndələri ilə əlaqələri davam etdirir:
“Ukrayna ilə bağlı danışıqlarda avropalıların iştirakına dair mövqeləri müzakirə olunur. Rusiya avropalıların Moskvaya səfərdən rəsmi imtina cavabı almayıb. Dəvət qüvvədə qalır və Moskva cavab gözləyir”.
Uşakov Putin və Trampın Şençjendəki görüşündən sonra Uitkoff və Kuşnerlə telefonla danışdığını bildirib.
Bizim.Media