Uşakov: Ukrayna üzrə dialoq bu həftə davam edəcək

22.04.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ukrayna məsələlərinə dair Rusiya-Amerika dialoqu bu həftə davam edəcək.
Reyting.az
-ın məlumatına görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya 1”-in jurnalisti Pavel Zarubinə Ukrayna nizamlanması üzrə Rusiya-Amerika dialoqunun gedişatını şərh edərkən deyib.
Y. Uşakov bildirib ki, Rusiya və ABŞ Ukrayna ətrafında vəziyyəti ciddi və hərtərəfli müzakirə edir.
Nəticə əldə etməyə gəlincə, Uşakova elə gəlir ki, bu barədə danışmaq hələ tezdir.
O, həmçinin qeyd edib ki, Rusiya-Amerika təmasları müntəzəm xarakter daşıyır.
Aprelin 11-də Rusiya prezidenti Vladimir Putin Rusiyaya səfər edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb. Onların görüşü Sankt-Peterburqdakı Prezident Kitabxanasının binasında baş tutub. Danışıqlar təxminən dörd saat yarım davam edib.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью