Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar

02.09.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Yeni “Reef AL Giallo” uşaq arabası ötən il istehsalı dayandırılmış “Arancio” modelinin davamıdır. 

Avtosfer.az xəbər verir ki, yeni araba cəmi 500 ədəd hazırlanacaq, hər birinin özünün kodu və holoqramı olacaq.

Arabanın dizaynında “Lamborghini” avtomobillərinə xas dizayn elemetləri istifadə olunacaq. Aerodinamik formadan daha çox düzbucaqlı detallar üstünlük təşkil edəcək.

Uşaq arabası yolsuyzluq üçün nzərdə tutulmuş təkərlərlə, açıq yaylarla, avtomobil əyləcinə bənzər tormoz pedalı ilə təchiz ediləcək, təbii dəriyə üstünlük veriləcək.əslində bu arabanın digərləri ilə böyük fərqi yoxdur. İtaliyalı istehsalçı bunu kolleksiyaçılar və pərəstişkarlar üçün hazırlayıb. Qiymət Britaniyada 3000 funt, ABŞ-də isə 5000 dollardır. Avropa qiymətləri hələ elan edilməyib.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью