Uşaq bağçasında azyaşlı ilə kobud rəftar edildi VİDEO

10.09.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

Bu barədə görüntülər iqtisadiyyat.az-ın redaksiyasına göndərilib.

Redaksiyamıza müraciət edən vətəndaş hadisənin "Predu" uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.

O bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.

"Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?", - deyə adını açıqlamaq istəməyən valideyn bildirib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью