Uşaq bağçasında işçinin meyiti TAPILDI

08.04.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda intihar hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.

Belə ki, bağçada fəhlə işləyən 1981-ci il təvəllüdlü Cəlal Musayev müəssisənin qazanxanasında özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью