Icma.az, Azvision saytına istinadən bildirir.
İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, tunel HƏMAS terrorçuları tərəfindən müxtəlif məqsədlər üçün düzəldilib. Onun girişlərindən birinin bağçanın həyətinə açıldığı diqqətə çatdırılır.
"Onlarla metr uzunluğa malik tuneldə həmçinin partlayıcılardan tələlər hazırlanıb. Bu tunel HƏMAS-ın strateji yeraltı keçidlərindən birinə istiqamətlənir", - məlumatda vurğulanır.
Tunel keçirilən baxışın ardınca dağıdılıb.
HƏMAS-ın snayper komandiri öldürülüb
Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir. Əmrə əsasən, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında son günlər artan hərbi əməliyyatları çərçivəsində HƏMAS-ın bir sıra rəhbər şəxsi aradan götürülüb. Axırıncı hücumların birində qruplaşmanın "Nüxbə" adlı xüsusi qoşununun komandir müavini də öldürülüb.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. "Onlarla metr uzunluğa malik tuneldə həmçinin partlayıcılardan tələlər hazırlanıb. Bu tunel HƏMAS-ın strateji yeraltı keçidlərindən birinə istiqamətlənir", - məlumatda vurğulanır.