Uşaq evində yaşayan uşaqlar üçün təşkil olunan futbol dərsləri uğurla davam edir

12.03.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA-nın təşkilatçılığı və Sosial Xidmətlər Agentliyi ilə birlikdə əməkdaşlığı çərçivəsində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 2 saylı uşaq evində yaşayan uşaqlar üçün təşkil olunan futbol dərsləri uğurla davam edir. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu layihə fiziki inkişafı təşviq etmək, uşaqlara komanda ruhunu aşılayaraq, sosial bacarıqlarını artırmaq məqsədilə həyata keçirilir. İdman dərslərini AFFA tərəfindən ayrılan məşqçi keçir. O, futbol texnikasını öyrətməklə yanaşı, uşaqların həm fiziki, həm də zehni bacarıqlarını inkişaf etdirmələrinə çalışır. Uşaq evlərində futbol dərslərinin davam etdirilməsi uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, onlara gələcəkdə daha yaxşı imkanlar yaratmaq məqsədini daşıyır. Uşaqlar, həmçinin, həmyaşıdları ilə güclü dostluqlar qurur və sağlam həyat tərzi ilə tanış olurlar.

Layihə çərçivəsində uşaqlar üçün AFFA-nın təşkilatçılığı ilə Novruz şənliyi təşkil olunub. Şənlikdə bayram mahnıları, oyunlar və uşaqlara ənənəvi yeməklər təqdim olunub. Təşkil edilən Novruz şənliyi yalnız əyləncə və bayram sevinci yaratmaqla kifayətlənməyib, həm də uşaqlara milli mədəniyyətimizin zənginliklərini öyrətmək və sosial bacarıqlar qazandırmaq baxımından böyük əhəmiyyət daşıyır. Bayram şənliyi uşaqların bir-birilə ünsiyyət qurmalarını, komanda ruhunu gücləndirmələrini və mədəni irsimizi daha yaxından tanımalarını təmin edib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Azərbaycan

baku

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

İdman

Şəkidə boks üzrə zona birinciliyi keçirilir

İdman

"Qızıl medalı unudub, növbəti çempionluğa hazırlaşacam" - Avropa çempionu ilə MÜSAHİBƏ

İdman

Kişi voleybolçular arasında bu gün növbəti oyunlar keçiriləcək

İdman

Azərbaycan Həndbol Federasiyasının rəsmisi təyinat alıb

İdman

Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 finalında daha iki oyun baş tutacaq

İdman

Azərbaycanın həndbol millisi bu gün Nigeriya ilə üz-üzə gələcək

İdman

Bakıda yeni idman zalı və minifutbol meydançası tikiləcək

İdman

Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxacaq

İdman

Salah məğlubiyyətə görə ağladı - FOTOLAR

İdman

Çempionlar Liqasında ¼ finala adlayan ilk komandalar bəlli olub

İdman

“Dünya çempionatında əlimdən gələni edəcəm” - Güləşçi DANIŞDI

İdman

“Çiynimdəki zədə məni çətinliyə saldı” - Güləşçi açıqladı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью