Uşaq evinin sakinləri üçün xüsusi yoqa dərsi təşkil olunub

21.11.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri “Puppy Flow Yoga in Baku”nun dəstəyi ilə xüsusi yoqa dərsində iştirak ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi uşaqların fiziki və psixoloji sağlamlığının dəstəklənməsi, həmçinin heyvanlarla ünsiyyət vasitəsilə sosial bacarıqlarının inkişaf etdirilməsidir.

Dərs zamanı uşaqlar hərəkətli və əyləncəli yoqa məşqləri edib, eyni zamanda, heyvanlarla əylənərək xoş vaxt keçiriblər.

Bu cür əyləncəli saatların uşaqların gündəlik həyatına müsbət təsir göstərdiyi nəzərə alınaraq, gələcəkdə digər sosial xidmət müəssisələrinin sakinləri üçün də təşkil edilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью