Uşaq evinin sakinlərinə dibçəklərə gül əkmək və onlara qulluq qaydaları öyrədilib

14.07.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 6 saylı Uşaq evinin sakinləri “Mənim bitkim” adlı master-klassda iştirak ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, balacalar dibçəklərə gül əkib, əkdikləri bitkilərə su verib və onlara qulluq qaydalarını öyrəniblər.

Onlar çiçək əkməklə kifayətlənməyib, həm də dibçək qablarını rəngli quaş boyalarla bəzəyib, müxtəlif rəsmlər çəkiblər. Həmin proses həm əyləncəli, həm də öyrədici olub. Bu kiçik, amma əhəmiyyətli tədbir uşaqların təbiətə olan marağını artırıb, bağçılıqla tanış edib və onlarda qayğı hissini gücləndirib.

Belə təşəbbüslər mütəmadi olaraq bütün müəssisələrin sakinləri üçün həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью