Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Taliban" Əfqanıstanda minlərlə uşağa təhsil, sığınacaq verən şəxsi uşaq evlərinə qarşı mübarizə kampaniyası başladıb.
Son həftələr ərzində ölkədəki belə uşaq evlərinin bir çoxu qapadılıb. Onlar sırasında hətta valideyn himayəsindən məhrum olan uşaqlar üçün nəzərdə tutulan dövlət müəssisələri də yer alıb.
"Taliban" bu addımı nəzarətin gücləndirilməsi üçün atdığını açıqlasa da tənqidçiləri fərqli cür düşünür. Onların fikrincə, hazırda dövlət uşaq evləri üçün resurslar çatmır və hökumət onlarda Taliban ideologiyasının yayılması üçün istifadə edə bilərlər.
BMT-nin dəyərləndirməsinə görə, Əfqanıstanda müharibələr nəticəsində 1.6 milyon uşaq valideynini itirib. Onların çoxu küçələrdə yaşayır, qida və yaşayış yerini çətinliklə tapırlar. Kəskin yoxsulluq və tiryək epidemiyası da milyonlarla uşağı bir və ya hər iki valideynindən məhrum edib.
"Taliban" ın bir müddət əvvəl bağladığı uşaq evləri sırasında “Rayan” özəl uşaq mərkəzi də olub. Onu ABŞ-də yaşayan əfqan əsilli müğənni Şəfiq Mürid yaradıb. Mürid yazır ki, uşaq evi bağlanan uşaqlar ağlayıblar, çünki onlar mərkəzin əməkdaşlarını ailə kimi qəbul ediblər. O, mərkəzin bağlanmasını maliyyə, siyasi və dini problemlə bağlı olduğunu düşünmədiyini deyib.
Hüquq müdafiəçiləri isə bağlanan müəssisələrdəki uşaqlar taliblərin nəzarətindəki müəssisələrə köçürüldüyünü deyiblər. Onlar bunun ağır nəticələri olacağını bildiriblər.