Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir

05.11.2026

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

29 oktyabr 2026-cı il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin əsas binasında 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin təşkilatçılığı ilə  Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş konfrans keçirilib.

Tədbir Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın açılışında Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı Mətanət Səfərli çıxış edib. Mətanət Səfərli YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və qarşıya qoyulan vəzifələr barədə çıxış edərək mövzu ilə bağlı mülahizələrini iştirakçılarla bölüşüb.

Konfransda 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsdə Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri Kəmalə Abdullayeva Prezident İlham Əliyevin nitqində əksini tapan məsələlərin əhəmiyyətini vurğulayaraq öz fikirlərini və təəssüratlarını iştirakçılarla bölüşüb. Həmçinin elmin və təhsilin cəmiyyətin inkişafında, xalqımızın intellektual potensialının gücləndirilməsində və gələcək nəslin formalaşmasında mühüm rolunu qeyd edib.

Daha sonra 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsdə Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədr müavini Gülbəniz Şahbazova çıxış edərək elmi tərəqqinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib və Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn müddəalara dəstəyini ifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью