Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq

28.01.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət uşaq hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən uşaqlara qarşı ayrı-seçkilik və zorakılıq halları, onların səbəb və nəticələri, bu halları törədən və məsuliyyətə cəlb edilən şəxslər, uşaq hüquqlarının pozulmasının qarşısının alınması və müdafiə tədbirlərinin səmərəliliyi ilə bağlı məlumatların toplanılmasını və təhlilini həyata keçirir və bu barədə ictimaiyyətin məlumatlandırılmasını təmin edir.
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti və dövlət orqanları (qurumları) tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili məqsədilə uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq. Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil və idarə ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью