Uşaq ölümlərinin müxtəlif səbəbləri olur TƏBİB in rəhbəri

19.12.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

“Uşaq ölümlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalaraq 2025-ci ildə 751 olub”.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə bildirdi.

Onun sözlərinə görə, uşaq ölümlərinin müxtəlif səbəbləri olur:

“Əsas səbəbləri neonatal dövrdə perinatal dövr üçün xarakterik olan tənəffüs və ürək-damar pozğunluqları, hamiləlik müddəti və dölün böyüməsi ilə bağlı pozğunluqlar, daha yuxarı yaş qruplarında isə qrip və pnevmoniyalar, bağırsaq infeksiyaları, tənəffüs yolları xəstəlikləri, travmalar, termik və kimyəvi yanıqlar, eləcə də virus mənşəli ağırlaşmalar olub”. 

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью