Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Kanadanın Toronto şəhərinə uçmağa hazırlaşan sərnişin təyyarəsi azyaşlı uşağın ağlama tutması səbəbindən reysi təxirə salıb.
"Cebheinfo.az" xəbər verir ki, "Porter Airlines" aviaşirkətinin Viktoriya–Toronto reysində kabin heyəti uçuşdan əvvəl uşağın oturacağında ayaqüstə dayandığını və təhlükəsizlik kəmərinin bağlanmadığını aşkar edib.
Uşaq ağlayaraq təhlükəsizlik kəmərinin bağlanmasına və oturacağına əyləşməyə etiraz edib. Ailənin və ekipaj üzvlərinin uşağı oturtmaq cəhdləri nəticə verməyib.
Aviaşirkət bu vəziyyətdə təyyarənin təhlükəsiz şəkildə havaya qalxmasının mümkün olmadığını bildirərək terminala qayıtmaq qərarına gəlib. Ailə təyyarədən düşürülüb. Lakin prosedurlar tamamlanana qədər Viktoriya hava limanında gecə uçuşları üçün uçuş-enmə zolağı bağlanıb.
Nəticədə reys növbəti günə təxirə salınıb və sərnişinlər gecəni Viktoriyada keçirməli olublar.
"Porter Airlines" reysin təxirə salınması ilə əlaqədar sərnişinlərdən üzr istəyib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin