Uşaq oyuncağında iblis izləri? Labubu ilə bağlı ŞOK İDDİA | Icma.az
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Labubu" oyuncaqlarının bəzi sahibləri "iblis nəzəriyyəsi"nə görə bu kuklaları yandırırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "MustShare News" nəşri məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan şayiələrə görə, "Labubu" oyuncaqlarının Mesopotamiya mifologiyasındakı iblis - "Pazuzu" obrazı ilə əlaqəli olduğu iddia edilir.
"Pazuzu" ənənəvi olaraq aslan sifətində, qabarıq gözlü, qanadlı və quş pəncəli şəkildə təsvir olunur.
O, bədbəxtlik və fəlakət gətirən cənub-qərb küləyinin hökmdarı hesab edilir.
Bəzi istifadəçilər bildirirlər ki, "Labubu"nun görünüşü - xüsusilə qabarıq gözləri və hiyləgər təbəssümü iblisin təsvirini qorxulu şəkildə xatırladır.
Bu əlaqə "Pazuzu"nun 1973-cü ildə çəkilən "The Exorcist" ("Şeytanı qovan") adlı kult filmində görünməsindən sonra daha çox rezonans doğurub.
Tam oxu
Xəbəri oxu