Uşaq qatilinin anası da həbs olundu

22.04.2026

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlumata görə, qadın “ehtiyatsızlıqdan ölümə səbəb olma” ittihamı ilə saxlanılıb. Prokurorluq bildirib ki, o, oğlunun psixoloji vəziyyətini nəzərə almayıb və valideynlik öhdəliklərini yerinə yetirməyib.
Hadisəni törədən yeniyetmənin atası, təhlükəsizlik orqanlarının sabiq əməkdaşı da aprelin 16-da saxlanılıb. Bildirilir ki, insidentdən əvvəl məktəb psixoloqu valideynləri uşağın psixoloji problemləri ilə bağlı xəbərdar edib.
Hadisə nəticəsində bir müəllim və 8 şagird həyatını itirib, onlarla insan yaralanıb.
Röya Əliyeva
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью