Uşaq stulda necə oturmalıdır? Həkim AÇIQLADI

09.09.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Uşaqlar oturarkən diz və ayaq biləyi oynaqları 90 dərəcə vəziyyətdə olmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, məktəblilər günün böyük hissəsini oturaraq keçirdikləri üçün düzgün oturuş qaydalarına əməl etmək dayaq-hərəkət sisteminin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.

İ.Şıxbabayev qeyd edib ki, düzgün oturuş zamanı uşağın kürəyi stula tam söykənməli, diz və ayaq biləyi oynaqları təxminən 90 dərəcə bucaq altında olmalıdır. Ayaqlar isə yerə tam şəkildə dayanmalıdır.

“Uşağın ayaqları yerə tam basmalıdır, havada qalmamalıdır. Həmçinin stol və stul arasındakı məsafə düzgün seçilməli, uşaq işləyərkən stola həddindən artıq uzaqda və ya çox yaxın oturmamalıdır”, - deyə travmatoloq-ortoped vurğulayıb.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью