Uşaq teatrı Vurğun ocağında

28.02.2025

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Xalq şairi Səməd Vurğunun Ev-muzeyində “Günay” Uşaq və Gənclər Teatrının təqdimatında tanınmış şairə, publisist Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında “Unutmadıq” adlı tamaşa təqdim olunub.

Muzeydən bildirilib ki, tamaşa Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tamaşanın ssenari müəllifi və rejissoru teatrın bədii rəhbəri Larisa Tarusovadır. Sonda xalq şairləri Məmməd Arazın “Vətən”, Nəbi Xəzrinin “Azərbaycan” şeirləri səsləndirilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью