Uşaq üçün kitab oxudu VIDEO

04.07.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp birinci xanımın müavini Uşa Vensin aparıcılıq etdiyi “Storytime with the Second Lady” podkastının qonağı olub və uşaqlar üçün illüstrasiyalı kitab oxuyub.

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Məlumata görə, epizodun yayımlanan hissəsində Tramp yalnız “Presidents Play!” adlı kitabı oxumaqla kifayətlənməyib, həm də ABŞ-ın keçmiş prezidentləri, öz fiziki forması və Ağ Evdəki həyatla bağlı şərhlər verib. 

Tramp kitab oxuyarkən keçmiş prezidentlər barədə müxtəlif fikirlər səsləndirib. O, Lindon Consonu “sərt adam”, Ronald Reyqanı “çox dəyərli şəxs”, Con Kennedini isə “görünüş baxımından ikinci ən cəlbedici prezident” adlandırıb. Bununla belə, birincinin kim olduğu barədə açıqlama verməyib.

O, həmçinin Riçard Niksonun Uotergeyt qalmaqalına toxunaraq “çətin vəziyyətə düşdüyünü”, Herbert Huver barədə isə “iqtisadiyyatda uğursuz olsa da, oyunda yaxşı olduğunu” zarafatla qeyd edib.

Barak Obama barədə danışarkən Tramp onun idman bacarıqlarına şübhə etdiyini bildirib və “Masters” qolf turnirinə uyğun olmadığını deyib. Bill Klinton haqqında isə ehtiyatla müsbət fikirlər səsləndirərək, ümumilikdə onu bəyəndiyini bildirib.

Avraam Linkolnla bağlı hissədə Tramp at minmək istədiyini, lakin “çox sakit və yavaş at” üstün tutacağını deyib. O, həmçinin ABŞ-da sağlam həyat tərzinin vacibliyindən danışaraq, keçmiş prezident Uilyam Taftın çəkisinə işarə edib.

Epizodun sonunda Tramp ABŞ-ın gələcəyi ilə bağlı optimist mesaj verərək ölkənin “daha da güclü və möhtəşəm olacağına” inandığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью